Türkiyədə təriqət lideri, müxtəlif cinayətlərdə ittiham edilərək həbs edilən Adnan Oktarın mülkləri sökülür.
7News.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Oktarın İstanbulun Kandilli bölgəsindəki villasında 23 qanunsuz tikili aşkar edilib.
Bu tikintilərin sökülməsi üçün İstanbul Böyükşəhər Bələdiyyəsi tapşırıq verib. Villadakı əşyalar daşındıqdan sonra söküntü işləri başlayıb.


7News.Az








