"Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyinin (ADTGT) rəhbərliyi Bakıda səfərdə olan Qazaxıstanın "QABILET” İctimai Fondunun 10 nəfərlik heyətini qəbul etmişdir.
Atırau Gənclər Təqaüdü Proqramı çərçivəsində Azərbaycana gələn Qazaxıstanlı gənclər qrupu Bakıda müxtəlif gənclər təşkilatları, könüllü birlikləri, ictimai və dövlət qurumlarında görüşlər keçirmiş və ölkəmizin uğurlu gənclər siyasəti ilə yaxında tanış olmuşlar.
ADTGT İctimai Birliyi tərəfindən qəbul olunan qonaqlar üçün Azərbaycanın gənclər siyasəti, könüllülər hərəkatı, qeyri-hökumət təşkilatı kimi ADTGT-nin 30 illik fəaliyyəti haqqında təqdimatlar təşkil olunmuş, birgə əməkdaşlıq və tərəfdaşlıq münasibətləri müzakirə edilmişdir.
Görüşdə eyni zamanda birgə və çoxtərəfli layihələrin hazırlanması və hər iki ölkədə icra olunma imkanları da vurğulanmış və informasiya və təcrübə mübadiləsinin aktuallığı qeyd edilmişdir.
ADTGT İctimai Birliyi ictimai əlaqələr
və mətbuat xidməti











