"Miss Africa- 2018” gözəllik yarışmasında gözlənilməz hadisə baş verib. 7News.Az xəbər verir ki, tədbirdə qalib seçilən Dorkas Kasindenin başına iş gəlib.
Belə ki, Konqo təmsilçisi birinci elan edilən zaman səhnədə atəşfəşanlıq olub. Qığılcımlar 24 yaşlı gözəlin saçına sıçrayıb və alovlar getdikcə böyüyüb. Ona kömək edən isə yarışmanın aparıcısı olsa da, Kasindenin özü alovu söndürməyə nail olub.
7News.Az








