RU
Afrikada dörd ildə brakonyerlər 2700-dən çox kərgədan öldürüb
11:20
231

Afrikada dörd ildə brakonyerlər 2700-dən çox kərgədan öldürüb

2018-2021-ci illərdə Afrikada brakonyerlər tərəfindən öldürülən kərgədanların sayı 2707 olub.

Bunu Ümumdünya Vəhşi Təbiət Fondunun rəhbərlərindən biri Marqaret Kinned bildirib.

Onun sözlərinə görə, Afrikada brakonyerlik səviyyəsi son illər ərzində aşağı düşüb:

"Təhlükə hər zaman qalır. Belə ki, 2015-ci ildə brakonyerlik fəaliyyətinin pik nöqtəsində Afrikada kərgədanların ümumi sayının 5,3%-i öldürülüb. 2021-ci ildə bu rəqəm 2,3% olub. Bu ilin əvvəlində Afrikada 2017-ci ildəki 23 562 kərgədandan 22 137 kərgədan qalıb”.

Qurum rəsmisi əlavə edib ki, bununla belə, nadir qara kərgədanların sayı son dörd ildə 3% artaraq 6200 fərdə çatıb.

Dünyada vəhşi təbiətdə yaşayan kərgədanların əksəriyyəti Cənubi Afrikaya aiddir. Hökumətin məlumatlarına görə, bu günə qədər Afrikadakı bütün ağ kərgədanların 93%-i, eləcə də nəsli kəsilməkdə olan növ hesab edilən qara kərgədanların 40%-i ölkədə yaşayır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ