RU
Afrikada koronavirusdan ölənlərin sayı 180 mini keçib
22:20
647

Afrikada koronavirusdan ölənlərin sayı 180 mini keçib

Afrikada koronavirus xəstələri arasında ölüm sayı 180 149 nəfərə çatıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) regional nümayəndəliyi məlumat yayıb.

Qitədə indiyədək 7 148 373 nəfər koronavirusa yoluxub. Onlardan 6,2 milyon nəfəri sağalıb.

Afrikada ən çox yoluxma və ölüm sayı CAR-ın payına düşür. İkinci yeri Tunis, üçüncü yeri Misir tutur.

Böyük Səhradan cənubda yerləşən ölkələr arasında CAR-dan sonrakı yerlərdə Efiopiya, Keniya və Nigeriya qərarlaşıblar./report

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ