RU
Afroamerikalı məktəbliyə qarşı təhqir ajiotaj yaratdı - VİDEO
14:20
268

Afroamerikalı məktəbliyə qarşı təhqir ajiotaj yaratdı - VİDEO

ABŞ-ın İllinoys ştatında afroamerikalı məktəbliyə qarşı təhqiramiz davranış etirazlarla qarşılanıb.

"Çempion”un məlumatına görə, bununla bağlı kadrlar sosial şəbəkələrdə paylaşılıb.

 

Kadrlardan görünür ki, məktəbli soyunub-geyinmə otağında içərisində banan qabığı asılmış dolabda oturmağa məcbur edilir və əks təqdirdə dizlərinin qırılacağı ilə hədələnir.

Hadisə hüquq mühafizə orqanlarının diqqətini cəlb edib. Polis tələbə idmançıların, məşqçilərin və əməkdaşların ifadələrini alaraq, materialları prokurorluğa yollayıb. 

Məktəbdən bildirilir ki, istintaq bitdikdən sonra həm hüquq mühafizə orqanları, həm də məktəbin daxili istintaqı tərəfindən qəti addımlar atılacaq.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ