RU
AGAT gənclərə bizneslə bağlı seminar keçəcək
12:03
693

AGAT gənclərə bizneslə bağlı seminar keçəcək

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) 28 noyabr, 2017-ci il tarixində, 16:00-da Etika Akademiyasında (Nərimanov rayonu, Həsənoğlu 8 küçəsi) "İnsanların Həyatanı Biznesin Pozitiv gücü ilə yaxşılaşdırmaq” adlı seminar keçirəcək.
Seminarın əsas məqsədi gənclərə biznesin qurulmasında təməl alətlərin müəyyən edilməsi, start-up layihələr hazırlanmasına dair təcrübənin bölüşülməsi barədə məlumatlandırmaqdır. Seminarın interaktiv keçirilməsi nəzərdə tutulub.
Seminarda təlimçi Enaktus Azərbaycan təşkilatının rəhbəri, Kəmalə Məmmədli olacaqdır. Seminar ödənişdiszdir.
Seminarda iştirak etmək istəyənlər [email protected] ünvanına təsdiq məktubu göndərə bilərlər.
 
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ