7NEWS.az xəbər verir ki, Avropa Komissiyası Almaniyanın xalis sıfır karbon iqtisadiyyatına keçidini təşviq etmək üçün İsveçin Northvolt şirkətinə dövlət yardımını təsdiqləyib. Açıqlamada Northvolt-un Almaniyada elektrikli avtomobillər üçün akkumulyator istehsalı müəssisəsi quracağı və Almaniyanın şirkətə 902 milyon avro yardım edəcəyi bildirilib. Bəyanatda, yardımın yaşıl çevrilməni sürətləndirmək və yanacağa xaricdən asılılığı azaltmaq üçün təyin edilmiş sektorlarda tədbirləri dəstəkləmək üçün düzəliş edilmiş böhran və transformasiya aralıq çərçivəsi çərçivəsində təsdiq edildiyi bildirilib.
7NEWS.az








