RU
Aİ rusiyalı qida istehsalçılarına qarşı sanksiyaları yumşaldıb
20:10
218

Aİ rusiyalı qida istehsalçılarına qarşı sanksiyaları yumşaldıb

Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 9-cu sanksiyalar paketində müəyyən şəxslərin dondurulmuş hesablarının aktivləşdirilməsinə imkan verəcək yeni istisnanın tətbiqi edilməsi qərara alınıb.

7NEWS.Az xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.
"Rusiyanın Ukraynada vəziyyətin sabitliyini pozan hərəkətləri ilə bağlı qəbul edilən tədbirlərin heç biri üçüncü ölkələrlə Rusiya arasında kənd təsərrüfatı və ərzaq məhsulları, o cümlədən buğda və gübrə ticarətini hədəf almır”, - bildirilib.

Qeyd edilib ki, Aİ-nin bütün dünyada ərzaq təhlükəsizliyinə təhdid yaratmaqdan uzaqdır. Bununla mübarizə aparmaq üçün Aİ-nin qətiyyətli mövqeyini nəzərə alaraq kənd təsərrüfatı və ərzaq məhsullarının beynəlxalq ticarətində mühüm rolu olan bəzi şəxslərin hesablarının aktivləşdirilməsi, vəsaitlərin və iqtisadi resursların istifadəsinə verilməsinə imkan verən yeni istisnanın tətbiq edilməsi qərara alınıb.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ