RU
Aİ Rusiyaya reklam və sosial sorğular üzrə yardım göstərməyi qadağan edib
22:00
327

Aİ Rusiyaya reklam və sosial sorğular üzrə yardım göstərməyi qadağan edib

Avropa İttifaqı (Aİ) Rusiyaya reklam və ictimai rəy sorğularının aparılması xidmətlərinin göstərilməsini qadağan edib.

7NEWS.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının saytında dərc olunan məlumatda deyilir.

"Aİ-nin Rusiya Federasiyasına reklam, marketinq araşdırmaları, ictimai rəy sorğuları, o cümlədən məhsulların testdən keçirilməsi və texniki nəzarət xidmətləri sahəsində xidmətlər göstərilməsi qadağan edilir”, - sənəddə yazılıb.

Məhdudiyyətlər yeni anti-Rusiya sanksiyalar paketinin bir hissəsidir.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ