RU
AKP rəsmisi: “Qiyamçılar qalib gəlsəydi, Azərbaycanla münasibətlər korlanacaqdı” - EKSKLÜZİV AÇIQLAMA
18:10
378

AKP rəsmisi: “Qiyamçılar qalib gəlsəydi, Azərbaycanla münasibətlər korlanacaqdı” - EKSKLÜZİV AÇIQLAMA

"Əgər Türkiyədə 15 iyul hadisələri zamanı qiyamçılar qalib gəlsəydi, Türkiyə böyük xaosun mərkəzinə düşəcəkdi. Bu xaosun hansı faciələrlə nəticələnəcəyini isə heç kəs proqnoz edə bilməzdi”.

Bu fikirləri Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) şöbə müdiri, sabiq millət vəkili Mustafa Kabakçıbildirib.

M.Kabakçı deyib ki, xaos hər zaman ölkəyə fəlakət gətirir:

"15 iyul hadisələri zamanı qiyamçılar da qalib gəlsəydi, Türkiyəyə fəlakət gətirəcəkdi, Azərbaycan və digər dost ölkələrlə münasibətlərə zərər verəcəkdi, düşmənləri isə sevindirəcəkdi. Əgər qiyamçılar qalib gəlsəydilər, atdıqları addımlar barədə xalqı nəzərə almayacaqdı, millətə hesab verməyəcəklərdi. Çünki qiyamçılar millətə hesab verməzlər. Bunun nəticəsində isə qiyamçılar millətin və xalqın maraqlarına uyğun addım atmayacaqlardı. Böyük ehtimalla qiyamçılar xarici güclərin təsirləri qarşısında boyun əyəcəklərdi. Türkiyənin düşmənləri isə bundan özləri üçün yararlana biləcəklərdi. Buna görə də Türkiyə böyük xaosun astanasından geri döndü”.

AKP rəsmisi qeyd edib ki, qiyamçılar hakimiyyətə gəlsəydi, Türkiyə-Azərbaycan münasibətləri də korlanacaqdı:

"Əgər qiyamçılar qalib gəlsəydi, o zaman Türkiyənin bütün ölkələrlə münasibətlərini, o cümlədən qardaş Azərbaycanla da əlaqələrini korlaya bilərdi. Bütün bunlar isə işğalçı Ermənistanın işinə yarayacaqdı. Amma şükürlər olsun ki, Türkiyə xalqı qiyamçılara imkan vermədi”.

Sonda AKP-çi deputat Yeni Azərbaycan Partiyasının (YAP) 24 yaşının tamam olması münasibətilə Azərbaycan xalqını təbrik edib.//Ölkə.az

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ