28 yaşlı Nurcan Saraç birlikdə yaşadığı Cengiz Aydını ürəyindən bıçaqlayıb.
Hadisə Antalyanın Karşıyaka məhəlləsində baş verib.
2 uşaq anası olan qadın üç ildir birlikdə yaşadığı sevgilisi ilə bazara qarpız almağa gedib. Bu zaman Cengiz ona "O qarpız yaxşı qarpız deyil, alma" deyib. Nurcan isə cavabında "Yaxşı qarpızdır, istəyirsən, kəsdirək, içinə baxaq" deyib. Satıcının Nurcana haqq verməsi Cengizin qısqanclığına səbəb olub.
Evə gəldikdə içki qəbul edən Cengizlə dava edən Nurcan bıçağı götürərək otağının qapısını bağlayıb. Bu zaman Cengiz qapını qırıb və qadını boğmağa başlayıb. Nurcan da bıçağa əl ataraq sevgilisini ürəyindən vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
7News.Az