RU
Ali məktəblərə qəbul olan abituriyentlərin qeydiyyatı bu gün başa çatır
12:10
326

Ali məktəblərə qəbul olan abituriyentlərin qeydiyyatı bu gün başa çatır

Azərbaycan Respublikası ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin (I mərhələdən sonra) qeydiyyatı bu gün başa çatır.

DİM-dən 7news.Az-a verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər bu gün saat 17:00-dək  sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. 

Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.

Məlumat üçün bildirək ki, səhər saatlarına olan statistikaya əsasən, 34596 (qəbul olanların 95%-i) nəfər artıq qeydiyyatdan keçib.

Abituriyentin təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qeydiyyatı isə avqustun 31-dək davam edəcək.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ