RU
Alimlərdən iddia:
21:10
396

Alimlərdən iddia: "Yeni COVID-19 koronavirusun izləri 20 min il bundan öncəyə gedir"

ABŞ elm adamları yeni növ COVID-19 virusunun izlərinin 20 min il bundan öncə Şərqi Asiya insanlarında  olduğunu  müəyyən ediblər.

"Ölkə.Az” xəbər verir ki, bu barədə "Current Biology” mətbu orqanında dərc olunan məqalədə qeyd olunur. 
 

Mətbu orqanının yazdığına görə, 20 min il əvvəl Şərqi Asiyada bu gün yaşayan insanların DNT-sində COVID-19 epidemiyasının izləri aşkar olunub. 

Araşdırma zamanı qədim koronavirusun  yayıldığı bölgələrdə illərlə qaldığı müəyyən edilib ki, bu da mövcud COVID-19 epidemiyası kimi peyvəndlə nəzarətə alınmadığı təqdirdə çox qorxunc və ağır nəticələrə səbəb olduğu qeyd edilib.

Arizona Univeürsitetitnin  bioloqu David Enardın sözlərinə görə, bu bizi ciddi narahat etməlidir: " Mövcud epidemiya nəzarətə götürülməzsə nəsillər boyu davam edə bilər”.

Alimlərin gəldiyi nəticəyə görə, virus mutasiya olunaraq insanlardan insanlara keçərək  nəsillərdən nəsillərə ötürülüb.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ