RU
Alman təyyarələri
08:55
679

Alman təyyarələri "İncirlik"dən çıxarılır - GƏRGİNLİK

Almaniyaya məxsus təyyarələr Türkiyənin "İncirlik" hərbi bazasından çıxarılır. 7news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hərbi bazanı öncə təyyarələr tərk edəcək. Həmçinin, təxminən 260 alman hərbçisi  "İncirlik" hərbi bazasını tərk etməlidir.


Qeyd edək ki, Türkiyə "İncirlik" aviabazasına giriş qadağasını iyunun 2-də Bundestaqın 1912-1915-ci illərdə Osmanlı imperiyasında qondarma "erməni soyqırımı"nın tanınmasına dair qətnamə qəbul etməsindən sonra tətbiq edib. İki ölkə arasındakı münasibətlər, 16 aprel konstitusiya dəyişikliyi referendumu öncəsi Türk nazirlərin Almaniyadakı tədbirlərinin ləğv edilməsi, Die Welt qəzeti müxbirinin Türkiyədə həbs olunması və R.T. Ərdoğanın alman siyasətçilər haqqındakı nasist ittihamları tərəflər arasında vəziyyəti daha da gərginləşdirmişdi.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ