RU
Almaniya Əfqanıstandan 25 min qaçqın qəbul edəcək
23:10
1913

Almaniya Əfqanıstandan 25 min qaçqın qəbul edəcək

Almaniya Əfqanıstandan olan 25 min qaçqını qəbul edəcəyinə söz verib.

7NEWS.Az-ın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Avropa İttifaqının daxili işlər üzrə komissarı Ylva Johanssonun üzv ölkələrə ünvanladığı məktubda bildirilib.

9 dekabr tarixli məktubda Aİ-nin daxili işlər üzrə komissarı üzv dövlətləri 2022-ci ilin sonuna qədər qaçqınların qəbul olunması ilə bağlı vədlərini yerinə yetirməyə çağırıb.

"Risk altında həssas qrupdan olan insanlar və qaçqınlar təhlükəsiz və ləyaqət içində yeni həyata başlamaq üçün getmələrini gözləyirlər", - Aİ rəsmisi məktubunda bildirib.

Bu sənədə görə Almaniya 25 000 əfqan qaçqını, Hollandiya 3 100-dən çox qaçqını qəbul etməyə razılaşıb. Sənədə əsasən, Fransa və İspaniya 2500, İsveç isə 2000 nəfəri qəbul edəcək.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ