"Avropa İttifaqının (Aİ) zirvə görüşündə Ukrayna-Rusiya sərhədindəki gərginliklə bağlı müzakirə əsnasında Avropada sərhədlərin toxunulmazlığı sülhün başlıca şərti kimi dəyərləndiriləcək".
7NEWS.Az TASS-a istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts görüşdə iştirak etmək üçün Brüsselə gəldikdən sonra bildirib.
"Biz sərhədlərin həqiqətən pozulmaması üçün bir yerdə əlimizdən gələni edəcəyik”, – o vurğulayıb.
7NEWS.Az







