7NEWS.az xəbər verir ki, Almaniya kansleri Olaf Şolz Ukraynanın paytaxtı Kiyevə gedib. Şolz səfərini əlində çamadanla qatardan düşərkən çəkilmiş şəklini paylaşaraq açıqlayıb. Almaniya lideri fotoya "Min gündən artıqdır ki, Rusiyanın hücumlarına qarşı özünü müdafiə edən bir ölkədən qatarla keçdim” sözlərini yazıb. Səfər zamanı Şolz Ukraynaya 650 milyon avro dəyərində yeni hərbi yardım vəd edib.








