RU
Almaniya “Qazprom”un keçmiş törəmə müəssisəsini milliləşdirir
13:39
46

Almaniya “Qazprom”un keçmiş törəmə müəssisəsini milliləşdirir


Almaniya hökuməti Rusiyanın "Qazprom” enerji şirkətinin Almaniyadakı keçmiş törəməsi olan SEFE-ni milliləşdirmək qərarına gəlib.

7NEWS.az xəbər verir ki, Almaniya hökuməti Rusiyanın təbii qaz nəhəngi "Qazprom”un Almaniyadakı keçmiş törəməsi olan "Securing Energy for Europe” (SEFE) şirkətini milliləşdirməyə qərar verib. İqtisadiyyat Nazirliyi bazar ertəsi bildirib ki, şirkətin borclarına görə iflas təhlükəsi Almaniyada enerji təchizatının təhlükəsizliyini təhlükə altına qoyur. Açıqlamada, "Bu təhlükənin qarşısını almaq və SEFE-nin əməliyyat fəaliyyətini davam etdirməsi üçün sahib dəyişikliyi ilə şirkət stabilləşdirilib" deyilir.

Almaniya hökuməti son aylarda Moskvanın cavab olaraq Rusiyada fəaliyyət göstərən alman şirkətlərinə qarşı oxşar addımlar ata biləcəyi ilə bağlı narahatlıqlar fonunda SEFE-ni milliləşdirməkdə tərəddüd etmişdi.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ