Qusar rayonunda məhkəmələrin məhvetmə qərarı çıxardığı 11 hökm üzrə narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları yandırılaraq məhv edilib.
Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.
Məlumata əsasən, məhvetmə prosesi Qusar rayonunda fəaliyyət göstərən müvafiq komissiya tərəfindən Dövlət Komissiyasının İşçi Qrupunun nümayəndəsinin iştirakı ilə həyata keçirilib.
Bildirilib ki, proses tam şəkildə videoya çəkilib, görüntülər isə tərtib olunan aktlara müvafiq məlumat daşıyıcısı ilə birlikdə əlavə olunub.








