7News.az xəbər verir ki, dünən 107,15 dollara qədər yüksəldikdən sonra, Brent markalı xam neftin gələcək tədarük üzrə bir barelinin qiyməti günü 106,06 dollar səviyyəsində başa vurub. Bu gün saat 09:30-a olan məlumata görə, dekabr ayı tədarüklü Brent neftinin qiyməti əvvəlki bağlanış göstəricisinə nəzərən 1,5 faiz azalaraq bir barel üçün 104,47 dollara düşüb.








