RU
Almaniya şirkəti Avropa ölkələri üçün 500-ə yaxın tank istehsal edəcək
10:45
210

Almaniya şirkəti Avropa ölkələri üçün 500-ə yaxın tank istehsal edəcək

Almaniyanın "Rheinmetall” müdafiə konserni 2030-cu ilə qədər Avropa ölkələrinə 500-ə yaxın "Panter” tankı çatdırmağı planlaşdırır.

7NEWS.Az xəbər verir ki, bunu "Handelsblatt” qəzetinə müsahibəsində "Rheinmetall” şirkətinin rəhbəri Armin Papperger deyib.

Onun sözlərinə görə, Avropada 2030-cu ilə qədər 8 000 tankdan təxminən mini dəyişdiriləcək.

"Yeni "Panter” tankımızla birlikdə ən azı yarısını, yəni 500-ə yaxın texnikanı təmin etmək istəyirik”.

Şirkət rəhbəri bildirib ki, iyun ayında yeni "Panther KF51” döyüş tankının təqdimatından sonra ona yüksək tələbat var.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ