RU
Almaniya və Ukrayna prezidentləri arasında telefon danışığı olub
18:42
30

Almaniya və Ukrayna prezidentləri arasında telefon danışığı olub

Ukrayna Prezidenti Vladimir Zelenski və Almaniya Prezidenti Frank-Valter Ştaynmayer arasında telefon danışığı olub.

7NEWS.Az xəbər verir ki, bu barədə Prezident Zelenski "Twitter"də bildirib.
Telefon danışığı zamanı prezidentlər Almaniyanın Ukraynaya artan müdafiə yardımını müzakirə ediblər.

"Biz Almaniya xalqının Aİ-yə gedən yolda Ukraynaya göstərdiyi həmrəyliyi və Rusiya təcavüzünə qarşı mübarizədə dəstəyini yüksək qiymətləndiririk. Kremençuka edilən qeyri-insani hücumla bağlı Prezidentin başsağlığına görə təşəkkür etdim", Zelenski bildirib.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ