RU
Almaniyada 1500 balıq olan akvarium partladı: 2 nəfər yaralanıb
17:18
44

Almaniyada 1500 balıq olan akvarium partladı: 2 nəfər yaralanıb


7NEWS.az xəbər verir ki, Berlində oteldə 1500 balıq olan 25 metr hündürlüyündə akvarium partlayıb. Şüşə sınması nəticəsində 2 nəfərin xəsarət aldığı bildirilib.

Almaniyanın paytaxtı Berlindəki "Radisson Collection Hotel”də "Sea Life” və ya "AquaDom” kimi tanınan, hündürlüyü 25 metr, diametri 11,5 metr olan, içərisində 1500 balıq olan akvarium naməlum səbəbdən partlayıb.

Berlin polisinin verdiyi açıqlamaya görə, içərisində bir milyon litr su olan akvariumun suyu binanın qarşısındakı küçəyə axarkən, 2 nəfər şüşə qırıntıları nəticəsində yaralanıb. Açıqlamada akvariumun yerləşdiyi otel binasının fasadının zədələndiyi və binanın hissələrinin küçəyə atıldığı bildirilib. Akvarium suyunun binanın qarşısından keçən küçəyə axdığı bildirilən açıqlamada şüşə qırıqları nəticəsində 2 nəfərin yaralandığı da paylaşılıb.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ