Almaniyada 670 məhbus Milad bayramını ailələri ilə keçirə bilmələri üçün həbsdən erkən buraxılıb. Bununla belə, vaxtından əvvəl azadlığa çıxmağı qəbul etməyənlər də olub.
7NEWS.az xəbər verir ki, Almaniyada 670 məhkumun ilin əvvəlində cəzalarını tamamlaması gözlənilmədən Milad bayramına qədər həbsdən azad edildiyi açıqlanıb. Almaniya Xəbər Agentliyinə (dpa) dövlət ədliyyə nazirliklərindən daxil olan məlumata görə, bu il "Milad amnistiyası”ndan yararlanan məhkumların sayı ötən illə müqayisədə azdır. Ötən il Almaniyada min məhbus Milad bayramına qədər cəzalarını tamamlamadan azadlığa buraxılıb.
7NEWS.az








