Almaniyada xəstəxanaların gələn il iflas dalğası ilə üzləşəcəyi gözlənilir.
7NEWS.az xəbər verir ki, Alman Xəstəxanalar Assosiasiyasının (DKG) dərc etdiyi hesabata görə, ölkədəki xəstəxanaların 56 faizinin 2023-cü ildə daha da pisləşəcəyi gözlənilir. Ölkədəki xəstəxanalarda ixtisaslı səhiyyə kadrlarının tapılmasında da problem var. 4 xəstəxanadan 3-ü tibb bacısı çatışmazlığını doldurmaqda çətinlik çəkir.
Hesabatda, keçən il 14 min 400 olan tibb bacısı çatışmazlığının 20 min 600-ə, reanimasiya şöbələrindəki kadr açığının isə yüzdə 20 artımla 9 min 500-ə çatdığı bildirilib.
7NEWS.az








