RU
Almaniyada cinayətkar imperiya yaradan əfqan əsilli şəxs Türkiyədə tutulub
18:30
2285

Almaniyada cinayətkar imperiya yaradan əfqan əsilli şəxs Türkiyədə tutulub

Almaniyada mütəşəkkil cinayətkar dəstə yaradan əfqan əsilli Səncər Əhməd Türkiyənin İstanbul şəhərində saxlanılıb.

Məlumatı "CNNTürk” yayıb.

O, Almaniyanın 5 əyalətində 30-dan artıq müxtəlif cinayət törətməkdə şübhəli bilinir və barəsində axtarış elan edilib. S.Əhmədi cinayət əməllərinə görə Əfqanıstandan qovulub.

Bir müddət əvvəl onun Türkiyədə olduğu barədə məlumatlar yayılıb. Türkiyənin təhlükəsizlik qüvvələri S.Əhmədin qaldığı mehmanxanada əməliyyat keçirib. Nəticədə mütəşəkkil cinayətkar dəstənin rəhbəri və yanındakı 4 nəfər saxlanılıb.

O, Almaniyada Əfqanıstandan olan qaçqınlar arasında narkotik maddələrin satışını təşkil etməkdə, mühacir əfqanlardan xərac toplamaqda şübhəli bilinir.

S.Əhmədin başçılıq etdiyi "Lions-Cartel” adlı dəstənin Almaniyada cinayətkar imperiya qurduğu bildirilir. Onun Türkiyədə şəbəkəsinin olub-olmadığı araşdırılacaq./report

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ