RU
Almaniyada fermerlər televiziya və radio yayımları şirkətinin girişini bağlayıblar
16:10
30

Almaniyada fermerlər televiziya və radio yayımları şirkətinin girişini bağlayıblar

Almaniyalı fermerlər subsidiyaların götürülməsinə etiraz olaraq Hannoverdə NDR televiziya və radio yayımları şirkətinin girişlərini və dayanacaqlarını bağlayıblar.

Bu barədə "Bild" məlumat yayıb.

"30-dan çox traktor və 20 digər nəqliyyat vasitəsi televiziya və radio şirkətinin girişlərini, eləcə də dayanacaqlarını bağlayıb”, - məlumatda qeyd edilib.

Bildirilib ki, təşkilatçılar fermerlərin nümayişlərinin kifayət qədər işıqlandırılmamasını tənqid edir və fermerlər üçün yanacaq subsidiyalarının azaldılmasını ehtiva edən dövlət büdcəsi maddəsinin ləğvini tələb edirlər.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ