RU
Almaniyada kimyəvi zavodda sulfat turşusu buxarı sızıb
20:11
381

Almaniyada kimyəvi zavodda sulfat turşusu buxarı sızıb

Almaniyanın Oberhausen şəhərində kimyəvi zavodun anbarından sulfat turşusu buxarının sızması faktı qeydə alınıb.

7news.Az bu barədə TASS-a istinadən xəbər verir.

Yanğınsöndürənlər su şırnaqları ilə diametri bir neçə yüz metr olan zəhərli qaz buludunu dağıtmağa çalışırlar.

"Ümid edirik ki, bu yolla buludun həcmini tez bir zamanda azalda biləcəyik”, - yanğınsöndürənlərdən biri deyib. 

Hazırda bu ərazidə yaşayan sakinlərə evi tərk etməmək və bütün qapı-pəncərələri bağlamaq tövsiyə edilib. Bir neçə magistral yol bağlanıb.

Məlumata görə, anbarın tutumu 600 kubmetr təşkil edir.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ