Almaniyanın Mannheim şəhərində polis 49 yaşlı Türkiyə vətəndaşı Ertekin Özkanı küçənin ortasında güllələyib.
7NEWS.az xəbər verir ki, ötən gün Almaniyanın Baden-Vürtemberq əyalətinin Mannheim şəhərində 49 yaşlı Ertekin Özkan adlı Türkiyə vətəndaşı polislər tərəfindən küçənin ortasında güllələnərək öldürülüb. Ərazidə cinayət törədildiyi xəbəri ilə əraziyə gələn polis yarıçılpaq və əlində bıçaq olan Özkanla qarşılaşıb. Özkana bıçağı atması barədə xəbərdarlıq edən polis bir müddət sonra onlara tərəf addım atan Özkana 4 atəş açıb. Ağır yaralanan Özkan aparıldığı xəstəxanada dünyasını dəyişib.
7NEWS.az








