RU
Almaniyada radiostansiyaya silahlı hücum olub, 1 nəfər ölüb - YENİLƏNİB
17:15
913

Almaniyada radiostansiyaya silahlı hücum olub, 1 nəfər ölüb - YENİLƏNİB

Almaniyanın Drezden şəhərində yerləşən "Radio Dresden” radiostansiyasına silahlı hücum edən şəxs saxlanılıb.

Bu barədə yerli polis məlumat verib.

15:19

Almaniyanın Drezden şəhərində yerləşən "Radio Dresden” radiostansiyasına silahlı hücum olub.

Bu barədə "Radio Dresden” internet səhifəsində məlumat yayılıb.

Hazırda şəhər mərkəzi polis tərəfindən nəzarətə götürülüb. İlkin məlumata görə, silahlı insident zamanı bir qadın (70 yaş) öldürülüb.

Radiostansiyaya hücum edən şəxs atəş açdıqdan sonra yaxınlıqdakı ticarət mərkəzində gizlənib. Radiostansiyadan verilən məlumata görə, şirkətin əməkdaşları artıq təhlükəsiz yerdədir.

Ticarət mərkəzində gizlənən şəxsin bir neçə nəfəri girov götürməsi barədə məlumatlar var.

Polis tərəfindən hazırda lazımi tədbirlər həyata keçirilir və ticarət mərkəzində olanların təhlükəsizliyini təmin etmək üçün addımlar atılır./apa
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ