RU
ALMANIYADA ŞOK QANUN LAYIHƏSI — EYNICINSLILƏRIN NIKAHINA ICAZƏ VERILDI
15:40
519

ALMANIYADA ŞOK QANUN LAYIHƏSI — EYNICINSLILƏRIN NIKAHINA ICAZƏ VERILDI

Almaniya parlamenti eynicinslilərin nikaha girməsinə icazə verdi.

Bundestaqda səsverməyə çıxarılan qanun layihəsi millət vəkillərinin səs çoxluğu ilə təsdiqlənib.

Sənədi əsasən Xristian-demokratlar ittifaqı partiyası və Xristian-sosial ittifaqı bloku dəstəkləyib. Bu iki blok əvvəllər eynicinslilərin nikahı əleyhinə çıxış edirdi.

Amma Almaniya kansleri Angela Merkel 26 iyun tarixində onun fraksiyasına məxsus deputatları vicdanlarına görə səsverməyə çağırdıqdan sonra vəziyyət dəyişib. Səs çoxluğu ilə qanun layihəsi Milli Məclisdən keçib.

Merkel özü qanun layihəsinin əleyhinə səs verib./olke.az
 
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ