RU
Almaniyada türk imamları xəfiyyəlikdə şübhəli bilinirlər
22:00
234

Almaniyada türk imamları xəfiyyəlikdə şübhəli bilinirlər

Almaniyanın cinayət polis əməkdaşları çərşənbə gününün səhərindən Almaniya ərazisində fəaliyyət göstərən DİTİB - türk islam ittifaqı dörd islam dini xadiminin evində axtarış aparırlar, onlar cəsusluqda ittiham edilirlər. 

Bu barədə Spiegel jurnalı məlumat yayıb. 

Axtarışları Almaniya federal cinayət polis idarəsinin,  eləcə də Şimali Reyn-Vestfaliya və Reynland-Pfalts torpaqlarının hüquq-mühafizə orqanı əməkdaşları aparır. Müstəntiqlər Almaniya baş prokurorluğu adından çıxış edirlər. DİTİB əməkdaşlarına qarşı artıq bir neçə aydır ki, aparılır.  

Polis DİTİB-in imamlarının və dini attaşelərinin icma üzvlərini və alman müəllimlərini təqib edərək, sonradan onların Fətullah Gülənin davamçısı olmalarına dair Ankaraya məlumat vermələrindən şübhələnir.  /oxu.az

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ