Bu ilin 10 ayında 13 min 512 nəfər Almaniyadan deportasiya edilib. Xüsusilə ötən illə müqayisədə Türkiyəyə deportasiya edilənlərin sayının artması diqqət çəkib.
7NEWS.az xəbər verir ki, ötən illə müqayisədə Almaniyadan Türkiyəyə deportasiya olunanların sayı artıb. Daxili İşlər Nazirliyinin Sol Partiyadan olan deputat Klara Büngerin parlament sualına cavabı "Neue Osnabürcker Zeitung” qəzetində dərc olunub. Müvafiq olaraq, bu ilin ilk on ayında 13 min 512 nəfər Almaniyadan deportasiya edilib. Bu rəqəm bütün 2022-ci ildə 12 min 945 olub. Koronavirusun yayılması zamanı deportasiyaların sayı daha az olub. 2020-ci ildə 10 min 800, 2021-ci ildə isə 11 min 982 nəfər deportasiya edilib. Pandemiyadan əvvəl 2019-cu ildə deportasiya edilənlərin sayı 22 min 97 idi.
7NEWS.az








