7NEWS.az xəbər verir ki, Almaniyanın xarici işlər naziri Annalena Baerbok Çinə səfərindən əvvəl Pekin administrasiyasını tənqid edib. Annalena Baerbok Çinin Ukrayna müharibəsində Rusiyaya verdiyi dəstəyə reaksiya göstərərək, "Çin Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının daimi üzvü olaraq dünya sülhü və təhlükəsizliyi üçün məsuliyyət daşımaq əvəzinə, Rusiyaya iqtisadi və silah yardımı edir. Bu, bizim Avropadakı əsas maraqlarımıza ziddir” dedi.








