RU
Almaniyanın XİN rəhbəri - Qarabağ münaqişəsindən danışdı
13:13
418

Almaniyanın XİN rəhbəri - Qarabağ münaqişəsindən danışdı

Dağlıq Qarabağ münaqişəsi ATƏT sədrliyi dövründə Almaniyanın qarşılaşdığı əsas çağırışlardan biri olub.

Bunu Almaniyanın ATƏT-ə sədrliyinin yekunları barədə danışan bu ölkənin xarici işlər naziri Frank-Valter Ştaynmayer deyib. Nazirin sözlərinə görə, bir müddət Dağlıq Qarabağ münaqişəsi Avropa ictimaiyyətinin diqqətindən kənarda qalsa da, aprel hadisələrindən sonra bu münaqişə yenidən vacib əhəmiyyət kəsb etdi. Ştaynmayer deyib: "Münaqişənin deeskalasiyasında ATƏT-in səyləri vacib idi. Biz ümid edirik ki, münaqişənin siyasi həlli üzrə danışıqlar üçün yeni imkanlar yaranacaq”. //Trend

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ