RU
Almatıda toqquşmalarda 22 yaşlı İsrail vətəndaşı həlak olub
18:00
549

Almatıda toqquşmalarda 22 yaşlı İsrail vətəndaşı həlak olub

Qazaxıstanın Almatı şəhərindəki toqquşmalarda bir İsrail vətəndaşı həlak olub.

7NEWS.Az-ın "Jerusalem Posta"a istinadən verdiyi xəbərə görə, bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.

"22 yaşlı Levan Koqeaşvili adlı israilli gənc yanvarın 7-də Qazaxıstanın Almatı şəhərində etiraz aksiyası zamanı öldürülüb", deyə məlumatda bildirilib.

Məlumatda qeyd edilib ki, onun meyitinin dəfn olunması üçün İsrailə təhvil verilməsi ilə bağlı danışıqlar aparılır.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ