Kanada tarixinin ən ciddi meşəyanğını fəlakətlərindən biri miqyasını daha da genişləndirib.
7News.az xarici mediaya istinadən bildirir ki, güclü alov bölgə sakinlərini ərazidən uzaqlaşdırmağa çalışan avtomobil karvanının hərəkətinə mane olub. Yüzlərlə insanın alovların əhatəsində xilas olunmağı gözlədiyi bildirilir. Mütəxəssislərin sözlərinə görə yanğın qarşıdan gələn 24 saat ərzində miqyasını 2 dəfə artıracaq. Hazırda alovlara qərq olan ərazinin sahəsi ABŞ-ın Nyu York şəhərinin sahəsindən də böyükdür. 100 minə yaxın insanı evlərindən didərgin salan təbii fəlakətdə sakinləri evakuasiya edə bilmək üçün bölgəyə xeyli sayda helikopter cəlb olunub. Təxliyyə olunanların böyük əksəriyyəti hava yolu ilə xilas edilib. Əlaqədar qurumlar tələfatın qarşısını almaq üçün mümkün olan bütün vasitələrdən istifadə edir.








