Alp dağlarında faciə baş verib
Qar uçqunu 7 nəfərlik xizəkçi qrupunun üzərinə düşüb.
Hadisə Sella Nivea dağ dolanbacında baş verib. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım əməkdaşları cəlb edilib. İnsident yerli vaxtla 11:45 radələrində baş versə də, xilasedicilər əraziyə saat 13:45-də çata biliblər. Çünki qatı duman helikopterlərin hərəkətinə mane olub və xilasedicilər avtomobillərdən istifadə etmək məcburiyyətində qalıblar.
Hazırda qar altından iki nəfər çıxarılıb. Onlardan birinin vəziyyəti kritikdir. Digərinin isə sadəcə ayağı zədələnib. Xilasetmə işləri davam edir./olke.az
7news.Az








