RU
12:55
339

"Amerikada yəhudi lobbisi erməni lobbisindən güclüdür" - Adil Əliyev

Aydındır ki, Konqresin Nümayəndələr Palatası Türkiyənin bölgədə fəal rolundan narahatdır. Türkiyənin Suriyada terrorçu PKK təşkilatının uzantılarına qarşı başladığı hərbi əməliyyat və Rusiya ilə anlaşma imzalaması Amerikadakı siyasi dairələri narahat etdi. Ona görə də konqresmenlər Amerikadakı erməni lobbisi ilə birləşərək Türkiyə əleyhinə qətnamə qəbul etdilər.

Türkiyəyə  qarşı yalnız demokratlar çıxış etmirlər. Türkiyə qarşı siyasətdə demokratlara respublikaçıların bir qismi də dəstək verir. Məsələn qətnamənin lehinə 405 nəfər səs verib, əleyhinə cəmi 11 nəfər olub. Bu isə o deməkdir ki, demokratlar Türkiyəyə qarşı respublikaçılarla birgə hərəkət ediblər.

Senat respublikaçıların nəzarətindədir. Mümkündür ki, Donald Tramp Senata müraciət etsin ki, Nümayəndələr Palatasının qəbul etdiyi "qətnamə” təsdiq edilməsin. Ancaq əgər Nümayəndələr Palatasındakı respublikaçıların böyük əksəriyyəti "erməni soyqırımı” qətnaməsini qəbul ediblərsə, Senat Trampın çağırışını eşitməyə də bilər".
 
Adil Əliyev onu da qeyd edib ki, "erməni soyqırımı” qətnaməsinin qəbul olunmasında Amerikadakı yəhudi lobbisinin də rolu olub: "Amerikada yəhudi lobbisi erməni lobbisindən güclüdür. Keçmiş illər olsaydı, yəhudi lobbisi Türkiyə əleyhinə olan qətnamənin qəbuluna imkan verməzdi. Ancaq son illər Türkiyə ilə İsrail arasındakı münasibətlər gərginləşib. Ona görə də Türkiyə Amerikadakı yəhudi lobbisinin dəstəyini itirib və yəhudi lobbisi erməni lobbisinin Türkiyə əleyhinə fəaliyyətinə mane olmur, bəzi hallarda isə dəstək verir.

Gültən Qədirli 
7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ