RU
Ana ölümündən sonra qızına toy etdi - FOTO
18:20
244

Ana ölümündən sonra qızına toy etdi - FOTO

Britaniyanın Bernli şəhərindən olan Sem adlı xanımın toy xərcini dünyasını dəyişən anası edib.

Ana ölümündən sonra qızına toy etdi - FOTO7News.Az xəbər verir ki, bu barədə "The Mirror" yazır.

 

Belə ki, Semın anası Silviya Stardi 2020-ci ilin avqust ayında 66 yaşında ağ ciyər xərçəngindən dünyasını dəyişib.

Ölümündən öncə qadın 17 iyul 2021-ci il tarixində ailə qurmağı planlaşdıran qızının toyunun bütün xərclərini gizli şəkildə ödəyib. O, güllərə, bəylə gəlin paltarına və qonaqların yeməyinə 2 000 funt sterlinqdən (4700 manatdan) çox pul ödəyib.

Sem anasının toy gününədək yaşamayacağını ehtimal edərək 2020-ci ilin iyun ayında xeyir-dua məclisi keçirib. Məclisdən iki ay sonra Stardi dünyasını dəyişib.

Bir müddət sonra onun qızının elektron poçtuna çiçəkçilər, fotoqraflar və toy mağazalarından məktublar gəlməyə başlayıb. Məktublarda toy xərcinin öncədən ödənildiyi bildirilib.

Sem bunun anası tərəfindən edilən hədiyyə olduğunu anlayaraq çox kövrəlib, lakin təəccüblənməyib. Onun sözlərinə görə, anası Müqəddəs Valentin günündə doğulub və gözəl sürprizlər etməyi bacaran çox romantik insan olub.

Məsələn, ilk həyat yoldaşıyla boşanma xərcini də anası ödəyib.

Ana ölümündən sonra qızına toy etdi - FOTOAna ölümündən sonra qızına toy etdi - FOTOAna ölümündən sonra qızına toy etdi - FOTO7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ