RU
Çanaqqaladakı zəlzələ QƏSDƏN törədilib?
15:07
258

Çanaqqaladakı zəlzələ QƏSDƏN törədilib?

Türkiyənin şimal-qərbindəki Çanaqqala vilayətində qeydə alınmış yeraltı təkanlar süni yolla törədilə bilər.

7News.az-ın məlumatına görə, bunu Ankaranın meri Melih Gökçek öz Twitter səhifəsində yazıb.

O iddia edib ki, bu zəlzələni dövlət çevrilişinə cəhdi həyata keçirən qüvvələr meydana gətirmiş ola bilər.

 

M.Gökçek yazıb: "Çanaqqalada güclü zəlzələ baş verib. Mən aydınlaşdırdım ki, bölgədə seysmik araşdırmalar aparan gəmi mövcuddur. O gəminin hansı ölkəyə məxsus olduğu və nə işlər gördüyü təcili surətdə müəyyənləşdirilməlidir. Narahatam ki, yeraltı təkanlar süni yolla törədilə bilər".//trend

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ