RU
Anar Cəbrayıllı Qarabağdakı evindən bu iki əşyanı TAPDI - FOTO
17:50
752

Anar Cəbrayıllı Qarabağdakı evindən bu iki əşyanı TAPDI - FOTO

"Azərsu" ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı işğaldan azad olunan Cəbrayıl rayonunun Balyand kəndindəki evlərindən indiyə qədər qalan əşyalar tapıb.

7News.Az "Report"a istinadən xəbər verir ki, A.Cəbrayıllı doğulduğu kənddən sac və səhəng tapdığını bildirib.

 

"İki müqəddəs nemətin - çörəyin (yuxanın) bişirildiyi sac və suyun daşınıb saxlanıldığı səhəng. 27 il əvvəl kənddə qoyub gəldiyimiz əşyalardan indiyə qalan yalnız bunlardır. Babalarımız çörəyə və suya elə belə and içmirlərmiş. Hər ikisini gətirib anama verdim", - o deyib.

Anar Cəbrayıllı Qarabağdakı evindən bu iki əşyanı TAPDI - FOTO

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ