Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadənin əsərləri dünyanın bir çox yerində səsləndirlir.
Bu günlərdə F.Əlizadənin musiqisinin yer aldığı "OYAN” diski Almaniya kansleri Angela Merkel tərəfindən də əldə olunub.
Məşhur musiqiçi Konstantin Manayev konsertlərin birində F.Əlizadənin "Aşk havası” əsərini ifa etdiyini və A.Merkelin bu əsərdən xoşu gəldiyini deyib.
Nəticədə A.Merkel bəstəkarın violonçel musiqisinin yer aldığı OYAN diskini musiqi kolleksiyasına əlavə edib./trend
7news.Az








