RU
Ankarada sürət qatarı qəzaya uğradı: ölənlər var - YENİLƏNİB + FOTO/VİDEO
11:47
377

Ankarada sürət qatarı qəzaya uğradı: ölənlər var - YENİLƏNİB + FOTO/VİDEO

Ankarada sürət qatarının qəzaya uğraması nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb. 

7News.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Ankara valiliyi məlumat yayıb. 

Qəza zamanı 46 nəfər yaralanıb. Onlardan 3-nün vəziyyəti ağırdır. 

09:38

Ankara valisi Vasif Şahin Ankara-Konya sürət qatarının qəzaya uğraması ilə bağlı açıqlama verib. 

7News.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, o, qəzanın bu gün yerli vaxtla 06:30-da baş verdiyini deyib. 

Valinin sözlərinə görə, hadisə zamanı dörd nəfər ölüb, 43 nəfər yaralanıb.

V.Şahin qəzanın səbəbini də açıqlayıb. O bildirib ki, sürət qatarı yolda nəzarət işləri aparan bələdçi qatarla toqquşduqdan sonra yerüstü keçidə çırpılıb.

09:20

Ankara-Konya istiqamətində hərəkətdə olan sürət qatarı qəzaya uğrayıb. 

7News.Az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, hadisə Yenimahalle rayonunun Marşandiz stansiyasında baş verib. 

Sürət qatarının yerüstü keçidə çırpılması nəticəsində iki vaqonu aşıb. Qəza zamanı çox sayda insanın yaralandığı bildirilib. 

Hadisənin dəqiq səbəbləri məlum deyil. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. 

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ