RU
“Anonymous” Mahmut Tatı ekstradisiya edən İsveçin saytını bağlayıb
13:32
58

“Anonymous” Mahmut Tatı ekstradisiya edən İsveçin saytını bağlayıb


"Anonymous” haker qrupu kürd qaçqın Mahmut Tatın Türkiyəyə ekstradisiyası ilə əlaqədar İsveç hökumətinin rəsmi saytını və xəbər agentliyini bağlayıb.

7NEWS.az xəbər verir ki, 2015-ci ildə Dersimdə "PKK üzvü olmaq" ittihamı ilə 6 il 10 ay həbs cəzası alan və İsveçdən sığınacaq istəyən kürd qaçqın Mahmut Tat Türkiyəyə ekstradisiya edilib. Tat noyabrın 22-də olduğu İsveçdə polis tərəfindən nəzarətə alınaraq Mölndala aparılıb. Burada saxlanılan Tat dekabrın 2-də Türkiyəyə gətirilib və bir gün sonra həbs edilib.

"Anonymous” haker qrupu İsveç hökumətinin rəsmi internet saytını (sweden.gov.se) və rəsmi xəbər agentliyini (tt.se) bağlayıb. Səhifəni əlçatmaz edən "Ananymous” aksiyanı "Twitter”də açıqlayıb.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ