Tədqiqatçılar Antraktida buzlaqların altındakı aktiv göllərin dəqiq xəritəsini hazırlamağı bacarıblar.
Bu barədə NASA-nın mətbuat xidməti məlumat yayıb. Açıqlamada tədqiqatçıların Antraktida buzlaqlarının altındakı yeni "aktiv" göllərin xəritəsini tərtib etmək üçün NASA-nın "ICESat-2” qurğusundan istifadə etdiyi bildirilib. Həmçinin kosmosdan əldə edilən yeni məlumatların araşdırılması nəticəsində "Mercer” və "Whillans” buz axınları altında iki yeni su anbarının aşkar edildiyi diqqətə çatdırılıb.








