RU
Aprel şəhidi Rahim Tağıyevin qızı məzun oldu, bu gün imtahan verir:
09:58
1125

Aprel şəhidi Rahim Tağıyevin qızı məzun oldu, bu gün imtahan verir: "HƏKİM OLMAQ İSTƏYİR"

7NEWS.az xəbər verir ki, bu gün Aprel şəhidi, tank komandiri, Mingəçevirin fəxri Rahim Tağıyevin qızı Ülkər ali məktəbə daxil olmaq üçün imtahan verir. Bu barədə şəhidin xanımı məlumat verib: "Bir zamanlar ağlayaraq atamın arzusu məni həkim görmək isdəyirdi deyən Ülkər sabah ilk imtahanını verəcək. Çox həyəcanlıdır, onun arzusu adi həkim olmaq deyil, atasının yarımçıq qalan arzusunu yerinə yetirməkdir və bu gün ilk öncə atasının xeyir duasını aldı. Necə ki, ona söz vermişdi məzarı üstündə, "ata həkim olacam və sənin kimi köməyə ehtiyacı olanlara kömək edəcəm". Heç bir uşaq atasız qalmasın, ata yolu gözləməsin, deyərək indi sadəcə dualarınızı əsirgəməyin. Ülkər üçün atasının arzusunu yerinə yetirə bilməsi üçün sabah 1 nömrəli məktəbdə atasının arzusuna bir addım yaxınlaşacaq. İnşaAllah Allahın da izni ilə dəyərli dostlar dualarınıza ehtiyacımız var. Bu cümə Ülkər üçün dua edək, həyəcanına qalib gəlib, atasına verdiyi sözü tuta bilməsi üçün"
Məlumat üçün qeyd edək ki, tank komandiri Rahim Tağıyev Aprel döyüşlərində qəhrəmanlıq göstərərək ağır yaralanmış, bir neçə aylıq mücadilədən sonra şəhid olmuşdur. Bundan sonra Səbuhi Abbasovun rəhbərlik etdiyi Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) "Aprel döyüşlərinin tank komandiri: ŞƏHİDLİYİN RAHİM TAĞIYEV ZİRVƏSİ” – adlı qısametrajlı sənədli film ərsəyə gətirmiş, geniş auditoriyaya təqdim etmişdir. 





BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ