RU
Aptekdə Putinin yanında dayanan qadın onu tanımayıbmış – Video
10:40
414

Aptekdə Putinin yanında dayanan qadın onu tanımayıbmış – Video

Pskov vilayətinin sakini Lüdmila Demkina Peterburqda aptekə baş çəkən prezident Vladimir Putini tanımayıb.

Qadın televizorda gördüyü kadrlardan sonra Putinlə eyni aptekdə olduğunu başa düşüb. Noyabrın 16-da baş vermiş ziyarət zamanı prezident əczaxanada dərmanların qiymətləri ilə maraqlanarkən baş verənlərə laqeyd şəkildə alış-veriş edən qadın izləyicilərin diqqətini çəkib.

Sonra məlum olub ki, Demkina prezidentlə yanaşı dayandığının fərqində olmayıb. Qadın baş verənləri belə izah edir: "Elə bildim ki, komissiya gəlib. Mən isə öz işimdə idim. Bilsəydim ki, o, Putindir, hər şey başqa cür olardı. Onunla danışardım”.

  

 7News.Az


 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ