RU
Aralıq dənizi üzərində təyyarə itdi
10:23
1133

Aralıq dənizi üzərində təyyarə itdi

Parisdən Qahirəyə uçan “Egyptair” şirkətinə məxsus sərnişin təyyarəsi Aralıq dənizi üzərində itib.

7News.Az lenta.ru-ya istinadən xəbər verir ki, Misirin “Al Wafd” portalının məlumatına görə, təyyarə Yunanınstanın hava məkanına girdikdən 20 dəqiqə sonra yoxa çıxıb.

“EgyptAir” öz Twitter səhifəsində təyyarənin itməsi faktını təsdiqləyib. Əvvəlcə aviaşirkət təyyarənin radarların ekranından itməsi anında Misirin hava məkanından 80 mil (128 km) məsafədə və 11 min metr hündürlükdə olub.

Daha sonra “EgyptAir” dəqiqləşdirib ki, layner Misirin hava məkanında itib.

Mayın 18-də Paris vaxtı ilə 23:09-da “Şarl de Qoll” hava limanından uçan MS804 reysinin göyərtəsində 58 sərnişin və 10 ekipaj üzvü olub.

Misirin CBC telekanalının Twitter səhifəsində bildirilir ki, Misir və Yunanıstanın hərbi aviaviasiyası Aralıq dənizi üzərində itmiş təyyarənin axtarışına başlayıblar.

Bundan başqa, qeyd olunur ki, Misirin mülki aviaasiya naziri Şərif Fəthi Səudiyyə Ərəbistanının Ciddə şəhərinə səfərini yarımçıq qoyaraq Vətəninə qayıdıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ